"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab, maddə 147; 2009, No– 12, maddə 956) 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə “çıxarılmalı olan” sözlərindən sonra “, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1346-IVQD
Fayl şəklində yüklə