"Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Hava Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 12,maddə 131;Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 11, maddə 683) 121-ci maddəsindən "dövlət tərəfindən" sözləri çıxarılsın.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No– 4, maddələr 177,178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279; No– 8, maddələr 407,425; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 512-IIQD nömrəli, 5 dekabr tarixli 536-IIQD nömrəli, 9 dekabr tarixli 556- IIQD nömrəli, 557-IIQD nömrəli 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli, 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 257-3-cü maddə əlavə edilsin:

"257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün "fiziki hüquqi şəxslər" dedikdə sığorta etdirən (daşıyıcı) başa düşülür.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2004-cü il

No– 638-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU