"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 12, maddə 1080; 2007, No– 8, maddə 756; 2010, No– 3, maddələr 171, 172; 2011, No– 3, maddə 162, No– 7, maddə 617; 2012, No– 5, maddə 405, No– 7, maddə 653; 2015, No– 2, maddə 81) 2.4-1-ci maddəsinə “qərəzsizliyinin” sözündən sonra “, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
No– 1398-IVQD
Fayl şəklində yüklə