"Beynəlxalq Əmək Təşkilatının "Ödənişli məzuniyyətlər haqqında" (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına
Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul
tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

“Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 3-cü hissədə “(1970-ci ildə yenidən işlənmiş)” sözləri “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissədə “(1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına” sözləri “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyasına müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur)” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəyə “Konvensiyasına” sözündən əvvəl “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2015-ci il
No– 1316-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU