Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 3, maddə 148, No– 11, maddə 683) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddədə:

ikinci hissənin ikinci abzasından " hərbi quruculuğun konsepsiyasını" sözləri, üçüncü abzasından "Silahlı Qüvvələrin ümumi strukturunu sayını" sözləri çıxarılsın;

ikinci hissənin altıncı yeddinci abzasları çıxarılsın;

üçüncü hissənin beşinci səkkizinci abzasları çıxarılsın;

2. 4-cü maddənin üçüncü hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə sülh bağlanmasına razılıq verir;"

3. 5-ci maddənin ikinci hissəsində:

üçüncü-beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir sülh bağlayır;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin vəzifədən azad edir;

ali hərbi rütbələr verir";

onuncu abzas aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; ümumi qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;".

II. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 21, maddə 912; Azərbaycan Respublikasının 2 may 1995-ci il tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 15; 1999-cu il, No– 3, maddə 163; 2001-ci il, No– 3, maddələr 146, 147, No– 11, maddələr 683, 694, No– 12, maddə 745; 2002-ci il, No– 6, maddə 328, No– 8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddəsinin ikinci hissəsi çıxarılsın;

2. 11-ci maddədə:

birinci hissədə "xüsusi siyahılara əsasən" sözləri çıxarılsın;

ikinci-dördüncü hissələr çıxarılsın;

yeddinci hissədə "üçün əsaslar" sözləri çıxarılsın;

3. 17-ci maddədə:

birinci hissədə "Hərbi qulluqçular" sözləri "Ali zabit heyəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları" sözləri ilə əvəz edilsin;

ikinci hissədə "həqiqi hərbi xidmətdən" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanları tərəfindən" sözləri əlavə edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2004-cü il

No– 640-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU