Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, (II kitab), maddə 585; 2001, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003, No– 6, maddə 276; 2004, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390, No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032; 2007, No– 2, maddələr 65, 68, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddə 1221; 2008, No– 6, maddə 462, No– 7, maddələr 606, 607, No– 12, maddələr 1045, 1049; 2009, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 966; 2010, No– 3, maddələr 171, 173, 178, No– 7, maddə 593, No– 12, maddə 1058; 2011, No– 6, maddə 480, No– 7, maddələr 589, 599; 2012, No– 7, maddə 674, No– 11, maddə 1062, No– 12, maddə 1215; 2013, No– 2, maddə 77, No– 6, maddələr 616, 626, No– 7, maddə 786, No– 11, maddə 1265, No– 12, maddə 1493; 2014, No– 2, maddələr 90, 102, No– 4, maddələr 328, 344, No– 6, maddə 600, No– 11, maddələr 1354, 1362; 2015, No– 4, maddə 342, No– 5, maddə 511) aşağıdakı dəyişikliklər edilsin:
1. 519-cu maddənin adına “orqanların” sözündən sonra “, habelə tibbi xarakterli məcburi tədbirləri həyata keçirən müəssisələrin” sözləri əlavə edilsin.
2. 519.1.4-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 519.1.5-ci maddə ləğv edilsin.
3. Aşağıdakı məzmunda 519.2-1-ci maddə əlavə edilsin:
“519.2-1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələlərinə dair cəzaçəkmə müəssisəsinin və ya məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müraciəti aşağıdakı qaydada həll edilir:
519.2-1.1. psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;
519.2-1.2. ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicədə olan narkoloji xəstələrin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması məsələlərinə məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;
519.2-1.3. cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1363-IVQD
Fayl şəklində yüklə