"Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 23-24, maddə 681; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 141; 2004, No– 5, maddə 312; 2013, No– 11, maddə 1246) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsi”nin 1-ci maddəsində “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1368-IVQD
Fayl şəklində yüklə