Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 415; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddələr 235, 237, No– 12, maddə 706) 22-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin və 27-ci maddəsinin yeddinci hissəsi çıxarılsın:
"Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.".
II. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–6, maddə 497; 1999-cu il, No– 5, maddə 285; 2001-ci il, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002-ci il, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003-cü il, No– 6, maddə 256) 47-ci maddəsində "sertifikatı ala bilərlər" sözləri "hazırlıqlarını artıra bilərlər" sözləri ilə əvəz edilsin və 48-ci maddəsinin üçüncü hissəsindən "aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat" sözləri çıxarılsın.
III."Turizm haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 394) 5-ci maddəsinin 3-cü, 4-cü və 5-ci bəndləri çıxarılsın.
IV. "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 3, I kitab, maddə 129; 2001-ci il, No– 3, maddə 144; 2002-ci il, No– 5, maddə 240) 4-cü maddəsinin üçüncü hissəsində "müvafiq sertifikatı olan" sözləri "müvafiq ixtisasa malik" sözləri ilə, 5-ci maddəsinin birinci hissəsində "və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan" sözləri "alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən" sözləri ilə, 16-cı maddəsinin onuncu abzasında "hazırlıq keçməklə peşə sertifikatı almaq" sözləri "hazırlıq keçmək" sözləri ilə əvəz edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2004-cü il
No– 641-IIQD

