Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 18, maddə 814; 1994-cü il, No– 15, maddə 177; 1995-ci il, No– 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddələr 453, 494; 1998-ci il, No– 1, maddə 10; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 379; 2001-ci il, No– 2, maddə 88, No– 3, maddə 145, No– 6, maddə 363, No– 12, maddə 736; 2002-ci il No– 5, maddə 246, No– 6, maddə 328, No– 8, maddələr 463, 464; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No–1, maddə 1, No–2, maddə 60) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin birinci hissəsinin "b" yarımbəndindən "o cümlədən fərdi icarə (qrup icarəsi)" " ya kəndli (fermer) təsərrüfatında" sözləri çıxarılsın;

2. 10-cu maddənin birinci hissəsinin beşinci abzasından "eləcə fərdi icarə (qrup icarəsi) ilə məşğul olan ya kəndli (fermer) təsərrüfatlarında çalışan şəxslərin" sözləri çıxarılsın;

3. 73-cü maddənin dördüncü hissəsindən "o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında ya kəndli (fermer) təsərrüfatında" sözləri çıxarılsın.

II. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997- ci il, No– 3, maddə 226, No– 5, maddə 379; 2001-ci il, No– 11, maddələr 676, 683) 1-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasından "kəndli (fermer) təsərrüfatları" sözləri çıxarılsın.

III. Azərbaycan Respublikası Milli Məclisinin 1995- ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamə"nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 19, maddə 327; Azərbaycan Respublikasının 1996-cı il 12 mart tarixli 37- IQD nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 3, maddə 226) 7-ci bəndinin yeddinci abzasında "hesabatlarına dair" sözlərindən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilsin.

IV. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 405; 2001- ci il, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 242; 2003-cü il, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004-cü il, No–1, maddə 10) 46-cı maddəsində "kreditlər alıb-verə bilər, bələdiyyə bankları digər maliyyə-kredit idarələri yarada bilərlər" sözləri "kreditlər ala bilərlər" sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425,No–12, I kitab, maddələr 676,696, II kitab, maddələr 713,714; 2004-cü il, No–1, maddələr 6,7,10,13; Azərbaycan Respublikasının 5 mart tarixli 599-IIQD 600-IIQD nömrəli qanunları) 194.1-ci maddəsindən sonra aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

"Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.".

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2004-cü il

No– 642-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU