"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 2, maddə 82; 2001, No– 12, maddə 736; 2002, No– 3, maddə 116, No– 5, maddə 245; 2004, No– 2, maddələr 57, 58; 2005, No– 4, maddə 278; 2007, No– 8, maddə 752, No– 11, maddə 1079; 2009, No– 4, maddə 212, No– 8, maddə 611; 2010, No– 3, maddə 172; 2015, No– 2, maddə 82) 14-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1351-IVQD
Fayl şəklində yüklə