"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 9, maddə 684; 2011, No– 2, maddə 70; 2014, No– 1, maddə 3) 22.5-ci maddəsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1359-IVQD
Fayl şəklində yüklə