"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununu “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 11, maddə 611; 2001, No– 11, maddə 699, No– 12, maddə 731; 2002, No– 3, maddə 118, No– 6, maddə 328; 2003,    No– 1, maddə 22, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 3, maddə 133; 2006, No– 2, maddələr 74, 75, No– 11, maddə 927; 2007, No– 8, maddə 756;   2008, No– 4, maddə 251, No– 7, maddə 602, No– 8, maddə 696, No– 10, maddə 883; 2009, No– 6, maddələr 399, 401; 2010, No– 2, maddə 74, No– 3, maddə 171; 2014, No– 2, maddə 87, No– 11, maddə 1360; 2015, No– 5, maddə 486) 14-cü maddəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1370-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU