"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının  Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 6, maddə 365; 2005, No– 4, maddə 278; 2007, No– 11, maddə 1072; 2010, No– 3, maddə 168; 2012, No– 11, maddə 1057; 2013, No– 11, maddə 1313) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci hissəsində, 5-ci maddənin adında və ikinci hissəsində, 7-ci maddənin ikinci və üçüncü hissələrində, 13-cü maddənin birinci hissəsinin ikinci cümləsində, 25-ci maddənin altıncı hissəsində və 27-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddənin birinci hissəsinin birinci cümləsində, 14-cü maddənin birinci hissəsində və 20-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddənin birinci hissəsində, 20-ci maddənin birinci və üçüncü hissələrində, 21-ci maddənin birinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 oktyabr 2015-ci il
No– 1372-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU