"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi və bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:
1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 401);
2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 222);
3. "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 150);
4. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 293);
5. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 297);
6. "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, "Əməyin mühafizəsi haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 65; 1999-cu il, № 4, maddə 213);
7. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 307; 2000- ci il, № 1, maddə 17, № 4, maddə 250).
II. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilsin:
1. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 2, maddə 40; 1994-cü il, № 18, maddə 246; 1995-ci il, № 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) 11-ci maddəsi çıxarılsın;
2. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 213; 1995-ci il, № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16, № 2, maddə 66; 1999-cu il, № 5, maddə 283, № 7, maddə 395; 2001- ci il, № 12, maddə 731) 10-cu maddəsinin dördüncü hissəsi və 12-1-ci maddəsi çıxarılsın;
3. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 4, maddə 678) aşağıdakı dəyişikliklər edilsin:
1) 47-ci maddənin birinci hissəsində "konsul rüsumlarının" sözləri "dövlət rüsumunun" sözləri ilə, 56- cı maddənin birinci hissəsində "konsul rüsumları" sözləri "dövlət rüsumu" sözləri ilə və 59-cu maddədə "Konsul rüsumları" sözləri "Dövlət rüsumu" sözləri ilə əvəz edilsin;
2) VII fəslin adı aşağıdakı redaksiyada verilsin:
"Konsul əməliyyatları üçün dövlət rüsumu";
3) 57-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Dövlət rüsumu xaricdə konsulluğun yerləşdiyi ölkənin valyutası ilə, Azərbaycan Respublikasında isə manatla tutulur.";
4) 58-ci maddə çıxarılsın;
5) 60-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Dövlət rüsumu ödəməkdən azad olunma halları qanunla müəyyən edilir.";
4. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997- ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463) aşağıdakı dəyişikliklər edilsin:
1) 4-cü maddənin üçüncü hissəsindən "şərti maliyyə vahidinin iyirmi misli məbləğində" sözləri, 5-ci maddənin ikinci hissəsindən "şərti maliyyə vahidinin on misli məbləğində" və 10-cu maddənin ikinci hissəsindən "bu Qanunun 4-cü maddəsində göstərilmiş məbləğdə" sözləri çıxarılsın;
2) 14-cü maddənin ikinci hissəsində "rüsumların məbləğlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir" sözləri "dövlət rüsumunun məbləği isə qanunla müəyyən edilir" sözləri ilə əvəz edilsin;
5. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 142; 2002- ci il, № 6, maddə 328) 5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir.";
həmin maddənin ikinci, üçüncü və dördüncü hissələri çıxarılsın;
6. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli 1037 nömrəli qərarı ilə təsdiq edilmiş "Dənizçi kitabçası haqqında Əsasnamə"nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 14, maddə 239; 2000-ci il, № 12, maddə 835) 6-cı bəndindən "şərti maliyyə vahidinin beş misli məbləğində" sözləri çıxarılsın;
7. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 272; 2001-ci il, № 1, maddə 25) 7.2-ci yarımbəndinin ikinci abzası çıxarılsın;
8. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706) 18-ci maddəsinin ikinci hissəsi çıxarılsın;
9. "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:
1) 4-cü maddənin 3-cü bəndi çıxarılsın;
2) 27-ci maddənin 5-ci bəndindən "yaxud zəruri olduqda rüsum məbləğinin azaldılmasına əsas verən" sözləri çıxarılsın;
3) 39-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 39. Dövlət rüsumları
Bu Qanunla müəyyən edilmiş patentlə bağlı hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi, patent müvəkkillərinin attestasiyası, qeydiyyatı, şəhadətnamələrin verilməsi və onlara dair məlumatın dərci üçün dövlət rüsumları ödənilir.";
10. Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 311-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997- ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, №11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 2, maddə 57) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1) 44-cü maddənin üçüncü hissəsində, 53-cü maddənin üçüncü hissəsində, 76-cı maddənin üçüncü hissəsində və 145-ci maddənin üçüncü hissəsində "Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda yığım" sözləri "dövlət rüsumu" sözləri ilə əvəz edilsin;
2) 17-ci maddənin 19-cu bəndində, 44-cü maddənin səkkizinci hissəsində, 56-cı maddənin beşinci hissəsində, 76-cı maddənin səkkizinci hissəsində, 108-ci maddənin 5-ci bəndində, 145-ci maddənin altıncı hissəsində və 163-cü maddənin onuncu hissəsində "yığımlar" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilsin;
3) 119-cu maddənin birinci hissəsində "Gömrük ödənişlərinin" sözlərindən sonra "(dövlət rüsumu istisna olmaqla)" sözləri əlavə edilsin;
4) 123-cü maddənin birinci hissəsində "gömrük ödənişlərinin" sözlərindən sonra "(dövlət rüsumu istisna olmaqla)" sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";
5) 160-cı maddənin birinci hissəsində "Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda yığım" sözləri "qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu" sözləri ilə əvəz edilsin və ikinci hissəsində "yığımlar" sözündən sonra "və dövlət rüsumu" sözləri əlavə edilsin;
6) 163-cü maddənin doqquzuncu hissəsində "habelə onun fəaliyyətinin bərpa edilməsinə görə alınan yığımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "görə dövlət rüsumunun miqdarı qanunla" sözləri ilə əvəz edilsin;
7) 398-ci maddənin birinci hissəsində "müəyyən edilmiş digər ödənişlər" sözlərindən sonra "(dövlət rüsumu istisna olmaqla)" sözləri əlavə edilsin;
11. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-cü il, № 3, maddə 137; 2002- ci il, № 12, maddə 701; 2003-cü il, № 8, maddə 424) 8-ci maddəsinin I hissəsinin dördüncü cümləsindən və 9-cu maddəsinin VI hissəsinin üçüncü cümləsindən "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda" sözləri çıxarılsın;
12. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 224; 1999-cu il, № 8, maddə 476; 2001-ci il, №11, maddələr 673, 696, № 12, maddə 736) 13-cü maddəsinin beşinci hissəsinin birinci cümləsindən "(haqq)" və ikinci cümləsindən "(haqqın)" sözləri çıxarılsın;
13. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 485) 14-cü maddəsinin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:
"Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı dövlət rüsumunu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir.";
14. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 563) 17-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi rüsumları" sözləri "Dövlət rüsumları" sözləri ilə əvəz edilsin;
15. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 156; 2001-ci il, № 11, maddələr 676, 695; 2004-cü il, № 2, maddə 57) 6-cı maddəsi çıxarılsın;
16. Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli 618-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57) 298-ci maddəsi çıxarılsın;
17. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 227; 2000- ci il, № 1, maddə 17; 2001-ci il, № 11, maddə 683; 2002-ci il, № 5, maddə 241) VII hissəsi çıxarılsın;
18. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 470; 2004- cü il, № 2, maddə 57) 15-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Ov icazələrinin verilməsi üçün dövlət rüsumu ödənilir.";
19. Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 780-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279) aşağıdakı dəyişikliklər edilsin:
1) 109.2-ci, 110-cu, 111-ci maddələr çıxarılsın;
2) 108.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.";
3) 277.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün şərti maliyyə vahidinin 9,0 misli məbləğində dövlət rüsumu ödənilir.";
20. Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 781-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702) 165-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilsin;
21. "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 581; 2002-ci il, № 12, maddə 709) 7-ci maddəsinin ikinci hissəsi çıxarılsın;
22. Azərbaycan Respublikasının 2000-ci il 14 iyul tarixli 907-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, II kitab, maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276) 182-ci maddəsi çıxarılsın;
23. "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 299) I hissəsi çıxarılsın;
24. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 362) III hissəsi çıxarılsın;
25. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 363) III hissəsi çıxarılsın;
26. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 671) III hissəsi çıxarılsın;
27. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 683) XVI hissəsi çıxarılsın;
28. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 686) V hissəsi çıxarılsın;
29. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001- ci il, № 11, maddə 687) III hissəsi çıxarılsın;
30. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 2) II hissəsi çıxarılsın;
31. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002- ci il, № 1, maddə 4) V hissəsi çıxarılsın.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2004-cü il
№ 643 - IIQD

