"Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti
pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2015-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
No– 1391-IVQ
![](main/download.jpg)