Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında
Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq q ə r a r a a l ı r :
1. Təhlükəsizlik və müdafiə məsələləri komitəsi “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”, İqtisadi siyasət komitəsi “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”, Sosial siyasət komitəsi “Əmək və sosial siyasət komitəsi” adlandırılsın.
2. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı yeni komitələri yaradılsın:
Səhiyyə komitəsi;
Ailə, qadın və uşaq məsələləri komitəsi;
İctimai birliklər və dini qurumlar komitəsi;
Gənclər və idman komitəsi.
3. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 24 noyabr 2015-ci il
No– 6-VQR
Fayl şəklində yüklə