Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər:

Əli Məhəmməd oğlu Hüseynli - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Ziyafət Abbas oğlu Əsgərov - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
Ziyad Əliabbas oğlu Səmədzadə - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Valeh Feyruz oğlu Ələsgərov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;
Eldar Rza oğlu İbrahimov - Aqrar siyasət komitəsi;
Hadi Musa oğlu Rəcəbli - Əmək və sosial siyasət komitəsi;
Arif Qafar oğlu Rəhimzadə - Regional məsələlər komitəsi;
İsa Əkbər oğlu Həbibbəyli - Elm və təhsil komitəsi;
Rafael Baba oğlu Hüseynov - Mədəniyyət komitəsi;
Bahar Əvəz qızı Muradova - İnsan hüquqları komitəsi;
Səməd İsmayıl oğlu Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi;
Əhliman Tapdıq oğlu Əmiraslanov - Səhiyyə komitəsi;
Aqiyə Həbib qızı Naxçıvanlı - Ailə, qadın və uşaq məsələləri komitəsi;
Siyavuş Dünyamalı oğlu Novruzov - İctimai birliklər və dini qurumlar komitəsi;
Fuad Rauf oğlu Muradov - Gənclər  və idman komitəsi.

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                                                                                  O.Əsədov

Bakı şəhəri, 24 noyabr 2015-ci il
No– 7-VQR

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU