Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 22,   maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 312, No– 6, maddə 415; 2007, No– 8, maddə 754; 2008, No– 8, maddə 709; 2010, No– 4, maddə 274; 2011, No– 2, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 336-cı maddəyə “stansiya (liman, aeroport) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri, “stansiya (liman, aeroport) rəisinin” sözlərindən sonra isə “, dəniz limanı idarəsinin” sözləri əlavə edilsin.

2. 338-ci maddənin on ikinci abzasına “stansiyanın (limanın, aeroportun) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri əlavə edilsin.

3. 339-cu maddəyə “stansiya (liman, aeroport) rəisi” sözlərindən sonra “, dəniz limanı idarəsi” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 42-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU