"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 10, No– 6, maddə 414; 2001, No– 5, maddə 293, No– 11, maddə 687, No– 12, maddə 740; 2002, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004, No– 5, maddə 318; 2005, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993; 2007, No– 1, maddə 4, No– 2, maddə 69, No– 8, maddə 745, No– 11, maddələr 1053, 1075; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 1, maddə 5, No– 7, maddə 517, No– 11, maddə 878; 2010, No– 7, maddə 597, No– 11, maddə 938; 2011, No– 4, maddə 258, No– 12, maddə 1098; 2012, No– 10, maddə 946; 2013, No– 11, maddə 1271; 2014, No– 11, maddə 1353; 2015, No– 5, maddə 487) aşağıdakı dəyişikliklər edilsin:

1. 39-cu maddənin dördüncü hissəsində “Azərbaycan Respublikası limanının rəisinə” sözləri “Azərbaycan Respublikasının dəniz limanı idarəsinə” sözləri ilə əvəz edilsin.

2. 41-ci maddənin birinci hissəsində “qeydə alındığı limanın” sözləri “qeydiyyat limanının” sözləri ilə əvəz edilsin.

3. 82-ci maddənin ikinci hissəsinə “limanında” sözündən əvvəl “dəniz” sözü əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 44-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU