"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun tarixli 818 saylı Qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında"
və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında" Azərbaycan Respublikası
qanunlarının qüvvəyə minməsi barədə" Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun
tarixli 818 saylı Qərarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun tarixli 818 saylı Qərarının (Azərbaycan respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 245) 2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikası vətəndaşlarında olan daxili pasportlar 2005-ci il iyunun 30-na qədər;".
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2004-cü il
№ 647-IIQD

