"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 1, maddə 1; 1995, No– 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 7, maddə 444; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2008, No– 10, maddə 886; 2011, No– 2, maddə 71; 2013, No– 2, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndinə “limanlarının” sözündən əvvəl “dəniz” sözü əlavə edilsin və həmin bənddə “liman suları” sözləri “liman akvatoriyaları” sözləri ilə əvəz edilsin.
2. 9-cu maddənin ikinci hissəsində, 14-cü maddənin birinci və ikinci hissələrində, 17-ci maddədə, 31-ci maddənin birinci hissəsinin 2-ci bəndində “Dəniz gəmiçilərinə bildirişlər”də” sözləri “Dənizçilər üçün bildirişlər”də” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 47-VQD
![](main/download.jpg)