Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 1, maddə 14; 2001, No– 3, maddələr 138, 145, 146, 147, No– 12, maddələr 731, 745; 2002, No– 6, maddə 328, No– 8, maddə 464; 2004, No– 2, maddə 57, No– 11, maddə 886; 2005, No– 7, maddələr 576, 588, No– 10, maddə 871; 2006, No– 4, maddə 312, No– 11, maddə 933; 2007, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008, No–7, maddə 602, No– 8, maddə 695, No–12, maddə 1048; 2010, No– 6, maddə 482; 2011, No– 2, maddə 71; 2015, No– 5, maddə 501) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 117-ci maddənin ikinci hissəsində “port” sözü çıxarılsın və “ hərbi komendantına,” sözlərindən sonra “dəniz limanı idarəsinə,” sözləri əlavə edilsin.

2. 118-ci maddənin a) yarımbəndinin ikinci cümləsində “port” sözü çıxarılsın və “hərbi komendantı,” sözlərindən sonra “dəniz limanı idarəsi,” sözləri əlavə edilsin.

3. 141-ci maddənin ikinci hissəsində “portu” və “(liman)” sözləri çıxarılsın və “ komendantından,” sözlərindən sonra “dəniz limanı idarəsindən,” sözləri əlavə edilsin.

4. 142-ci maddədə “portu” sözü çıxarılsın və “hərbi komendantına,” sözlərindən sonra “dəniz limanı idarəsinə” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 49-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU