Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əlavə edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əlavə edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 4, maddə 213; 2001-ci il, N 3, maddə 143, N 6, maddə 362, N 11, maddələr 672, 679, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 2, N 5, maddə 241, N 6, maddə 328; 2003-cü il, N 1, maddələr 9, 23; 2004-cü il, N 1, maddə 10, N 2, maddə 57, N 3, maddə 133, N 6, maddə 413, N 7, maddə 505, N 9, maddə 672; Azərbaycan Respublikasının 2004-cü il 3 dekabr tarixli 795-IIQD nömrəli Qanunu) 120-ci maddəsində "Sovet İttifaqı Qəhrəmanlarına," sözlərindən sonra "1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara," sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 4 mart 2005-ci il

N 848 -IIQD

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU