Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (III kitab), maddə 586; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463) 83.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"83.2. Məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alınan və göndərilən yazışmalar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilir. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir."
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2004-cü il
№ 649 - IIQD

