Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No–8, maddə 478; 2001, No–12, maddə 736; 2002, No–5, maddələr 237, 241; 2003, No–1, maddə 11, No–6, maddə 256, No– 8, maddə 423; 2004, No–2, maddə 59, No–6, maddə 415, No–10, maddə 761; 2006, No–2, maddə 67, No–6, maddə 478, No–8, maddə 657, No–11, maddə 932; 2007, No–1, maddə 3, No–8, maddə 745; 2008, No–5, maddə 348, No–6, maddə 460, No–8, maddə 707, No–12, maddə 1048; 2009, No–2, maddə 36; 2012, No–6, maddə 497; 2013, No–6, maddə 621; 2015, No– 4, maddə 358, Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD Qanunu) 50-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 60-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU