Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Kürdəmir

rayonunun inzibati ərazi bölgüsündə qismən

dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişiklik edilsin:

 

Çöhranlı Yeni Şıxımlı kəndləri Xırdapay kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çöhranlı kəndi mərkəz olmaqla, Çöhranlı kənd inzibati ərazi dairəsi yaradılsın.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2004-cü il

№ 648-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU