"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 1, maddə 1; 1995, No– 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 7, maddə 444; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2008, No– 10, maddə 886; 2011, No– 2, maddə 71; 2013, No– 2, maddə 95) 25-ci maddəsinin 6-cı hissəsində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 52-VQD
Fayl şəklində yüklə