"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 88; 2001, No– 11, maddələr 669, 676; 2002, No– 1, maddə 2, No– 5, maddələr 237, 243; 2006, No– 6, maddə 478; 2007, No– 8, maddə 756, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602, No– 8, maddə 701; 2009, No– 7, maddə 519; 2010, No– 3, maddə 171; 2013, No– 3, maddə 229, No– 5, maddə 470; 2014, No– 11, maddə 1336; 2015, No– 5, maddə 497) 15-ci maddəsinin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il
No– 89-VQD
Fayl şəklində yüklə