"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 6, maddə 497; 1999, No– 5, maddə 285; 2001, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003, No– 6, maddə 256; 2004, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006, No– 2, maddə 66, No– 12, maddə 1028; 2007, No– 6, maddə 560, No– 11, maddə 1052, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602; 2009, No– 2, maddə 46, No– 12, maddə 949; 2010, No– 11, maddə 962; 2011, No– 2, maddələr 70, 71, No– 7, maddə 616; 2012, No– 6, maddə 510; 2013, No– 11, maddələr 1285, 1305, 1316; 2015, No– 2, maddə 104, No– 4, maddə 345, No– 6, maddə 680) 49-1-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 dekabr 2015-ci il
No– 76-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU