"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 9, maddə 684; 2011, No– 2, maddə 70; 2014, No– 1, maddə 3; Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanunu) 22.7-ci maddəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il
No– 94-VQD
Fayl şəklində yüklə