"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 11, maddə 612; 2002, No– 5, maddə 250, No– 6, maddə 328; 2004, No– 3, maddə 133; 2005, No– 12, maddə 1079; 2006, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12,    maddə 1005; 2007, No– 6, maddə 560; 2008, No– 4, maddə 252, No– 6, maddə 462; 2010, No– 3, maddə 172, No– 6, maddə 487; 2011, No– 4, maddələr 252, 268, No– 11, maddə 989; 2014, No– 2, maddə 88, No– 7, maddə 764) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddə üzrə:
1.1. I hissənin:
1.1.1. 8-ci bəndində “yaşayış binalarına, habelə digər qapalı tikililərə” sözləri “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə” sözləri ilə əvəz edilsin;
1.1.2. 9-cu bəndində “yaşayış binalarının, habelə digər qapalı tikililərin” sözləri “yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin;
1.2. III hissə aşağıdakı redaksiyada verişin:
“III. Bu maddənin I hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.”;
1.3. IV hissənin 2-ci bəndində “yaşayış binalarına, habelə digər qapalı tikililərə” sözləri “yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə” sözləri ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Qanunun 10-cu və digər maddələrində “yaşayış yeri” dedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində nəzərdə tutulmuş yerlər başa düşülür.”.

2. 12-ci maddənin III hissəsinə “8” rəqəmindən sonra “, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə)” sözləri əlavə edilsin.

3. 13-cü maddənin II hissəsində “mənzillərə” sözü “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2016-cı il
No– 121-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU