Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–8, (II kitab), maddə 585; 2001, No–7, maddə 455; 2002, No–1, maddə 9, No–5, maddə 233, No–8, maddə 463; 2003, No–6, maddə 276; 2004, No–5, maddə 321, No–7, maddə 505, No–8, maddə 598, No–10, maddə 761, No–11, maddə 890; 2005, No–1, maddə 4, No–4, maddə 278, No–6, maddə 462, No–8, maddə 686, No–10, maddə 874, No–12, maddə 1079; 2006, No–1, maddə 3, No–2, maddə 64, No–5, maddə 390, No–10, maddə 847, No–11, maddə 929, No–12, maddə 1032; 2007, No–2, maddələr 65, 68, No–6, maddə 560, No–7, maddə 712, No–8, maddə 756, No–11, maddə 1049, No–12, maddə 1221; 2008, No–6, maddə 462, No–7, maddələr 606, 607, No–12, maddələr 1045, 1049; 2009, No–5, maddə 315, No–7, maddə 517, No–12, maddə 966; 2010, No–3, maddələr 171, 173, 178, No–7, maddə 593, No–12, maddə 1058; 2011, No–6, maddə 480, No–7, maddələr 589, 599; 2012, No–7, maddə 674, No–11, maddə 1062, No–12, maddə 1215; 2013, No–2, maddə 77, No–6, maddələr 616, 626, No–7, maddə 786, No–11, maddə 1265, No– 12, maddə 1493; 2014, No– 2, maddələr 90, 102, No– 4, maddələr 328, 344, No– 6, maddə 600, No– 11, maddələr 1354, 1362; 2015, No– 4, maddə 342, No– 5, maddə 511, No– 11, maddələr 1270, 1288) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.0.34-cü maddədən “mülkiyyətində olan və ya icarəyə götürülmüş” sözləri çıxarılsın və həmin maddədə “yataqxanada” sözü “sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında” sözləri ilə əvəz edilsin.
2. 243.3.2-ci maddədə “həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən” sözləri “azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından” sözləri ilə əvəz edilsin.
3. 445.1.5-ci maddədə “mənzilin” sözü “yaşayış yerinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2016-cı il
No– 122-VQD
Fayl şəklində yüklə