"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3307360000,0 manat, xərcləri 3307360000,0 manat məbləğində təsdiq edilir.”.
2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində “1972200100,0” rəqəmləri “2054990000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində “605000000,0” rəqəmləri “658000000,0” rəqəmləri ilə, 1.2-ci yarımbəndində “82500000,0” rəqəmləri “89750000,0” rəqəmləri ilə, 1.4-cü yarımbəndində “1272200100,0” rəqəmləri “1294740000,0” rəqəmləri ilə, 3-cü bəndində “1100000000,0” rəqəmləri “1246000000,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində “3011145000,0” rəqəmləri “3238950000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində “2923588000,0” rəqəmləri “3136100000,0” rəqəmləri ilə, 1.2-ci yarımbəndində “87557000,0” rəqəmləri “102850000,0” rəqəmləri ilə, “21723100,0” rəqəmləri “22000000,0” rəqəmləri ilə, “27144100,0” rəqəmləri “27500000,0” rəqəmləri ilə, “7070300,0” rəqəmləri “7780000,0” rəqəmləri ilə, “9757300,0” rəqəmləri “13100000,0” rəqəmləri ilə, “15594100,0” rəqəmləri “17200000,0” rəqəmləri ilə, “6268000,0” rəqəmləri 15270000,0” rəqəmləri ilə, 2-ci bəndində “20015100,0” rəqəmləri “21000000,0” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2016-cı il
No– 130-VQD
Fayl şəklində yüklə