Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323; 2002, No– 12, maddə 709; 2003, No– 8, maddə 420; 2004, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009, No– 2, maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 2, maddə 75, No– 3, maddə 171, No– 4, maddələr 265, 266, 276; 2011, No– 2, maddə 71, No– 7, maddə 586, No– 8, maddə 750, No– 12, maddələr 1073, 1102; 2012, No– 1, maddə 5, No– 5, maddə 403, No– 6, maddə 498; 2013, No– 1, maddə 15, No– 6, maddə 620, No– 11, maddə 1280, No– 12, maddələr 1469, 1478; 2014, No– 2, maddə 96, No– 7, maddə 768; 2015, No– 3, maddə 254, No– 5, maddə 512, No– 7, maddə 814, No– 10, maddə 1093; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 59-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 98.13-cü və 403-1.2-ci maddələrdə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
2. 104.1-ci maddənin ikinci cümləsində, 107-2.4-cü, 1048-2.2-ci, 1077.7-ci, 1078-2.9-cu, 1078-20.6-cı maddələrdə ismin müvafiq hallarında “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
3. 107-2.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.
4. 359.3-cü maddənin ikinci cümləsində “brokerlik halı” sözləri “investisiya şirkəti fəaliyyəti” sözləri ilə əvəz edilsin.
5. 902.2-ci maddədə “sığorta nəzarəti” sözləri “maliyyə bazarlarına nəzarət” sözləri ilə əvəz edilsin.
6. 986-3.2.2-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
7. 997-1.1-ci, 1076-6.4.3-cü və 1076-6.7-ci maddələr istisna olmaqla, 54-cü fəsil üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
8. 997-1.1-ci maddədə “dövlət orqanı” sözləri “qurum” sözü ilə əvəz edilsin.
9. 1048-2.4-cü maddədə “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Mərkəzi Bankın normativ hüquqi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli” sözləri ilə əvəz edilsin.
10. 1076-6.5-ci, 1076-7.3-cü, 1076-9.4-cü, 1076-11.1-ci maddələrdə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin.
11. 1078-4.2-ci maddədə “hüquqi” sözündən sonra “, o cümlədən normativ xarakterli” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il
No– 135-VQD
Fayl şəklində yüklə