"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 7, maddə 485, 2001, No–12, maddə 736; 2010, No–10, maddə 839) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci maddə üzrə:
1.1.1. 8-ci hissədə “qaydada” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanından” sözləri əlavə edilsin;
1.1.2. 9-cu və 10-cu hissələrdə “Bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
1.2. 9-cu maddənin 1-ci hissəsində “bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilsin.
1.3. 17-ci maddənin 2-ci hissəsində və 18-ci maddənin 2-ci hissəsində “bank fəaliyyətinə xüsusi razılıq verən orqan” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.
Maddə 2. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit ittifaqlarında kredit fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il
No– 142-VQD
Fayl şəklində yüklə