"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 8, maddə 747; 2008, No– 11, maddə 960; 2015, No– 4, maddə 350) 8.9-cu maddəsinin üçüncü cümləsində “0,3 faizi miqdarında sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə məcburi ayırmalardan” sözləri “maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il
No– 152-VQD
Fayl şəklində yüklə