Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115; 2012, No– 6, maddələr 500, 513, No– 7, maddə 652, No– 9, maddə 841, No– 12, maddə 1226; 2013, No– 2, maddə 91, No– 4, maddə 366, No– 11, maddə 1278, No– 12, maddələr 1483, 1486, 1495; 2014, No– 2, maddələr 94, 98, No– 7, maddə 770, No– 8, maddə 957, No– 10, maddə 1158, No– 12, maddə 1525; 2015, No– 1, maddə 11, No–10, maddə 1433; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 13.2.58-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.59-cu maddə əlavə edilsin:
“13.2.59. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.
2. 102.1.17-ci maddədə “dövlət orqanlarının (təsisatlarının)” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mərkəzi Bankının və maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.
3. 106.1.5-ci maddədə “onun qurumlarının” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.
4. 164.1.6-cı maddədə “dövlət hakimiyyəti,” sözlərindən sonra “ maliyyə bazarlarına nəzarət,” sözləri əlavə edilsin.
5. 199.1-ci maddədə “onun qurumları,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı,” sözləri əlavə edilsin.
6. 207.1.2-ci maddədə “onun qurumlarının,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanının,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il
No– 136-VQD
Fayl şəklində yüklə