"Feldyeger rabitəsi orqanında xidmət ke?mə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə dəyişiklik və əlavə edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə dəyişiklik və əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N18, maddə 243; 1995-ci il, N14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N5, maddə 385, N6, maddə 493; 1998-ci il, N2, maddə 70; 2000-ci il, N12, maddə 835; 2001-ci il, N3, maddə 143, N6, maddə 378, N11, maddə 674; 2002-ci il, N1, maddə 4, N8, maddə 463; 2004-cü il, N7, maddə 505) 6-cı maddəsinin birinci hissəsinin 3-cü bəndindən "verilir" sözü cıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

"4) diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına verilir.".

 

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2005-ci il

N 850-IIQD

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU