"Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ  Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 2, maddə 140; 1998-ci il, N 1, maddə 16) aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1. 2-ci maddəyə abzasın əvvəlinə "Sığortaçılar" sözü əlavə edilsin.

2. 3-cü maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: "Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir.".

3. 6-cı maddədə:

- 1-ci bəndin ikinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu halda sığorta şəhadətnaməsinin yeni sahibin adına rəsmiləşdirilməsi üçün (əvvəlki sığorta şəhadətnaməsində qeyd olunmuş sığorta müddəti üzrə) əlavə sığorta haqqının ödənilməsi tələb olunmur.";

- 2-ci bənddə "xarici nəqliyyat vasitələrinin" sözləri "xarici ölkələrin nəqliyyat vasitələrinin" sözləri ilə, "dövlət sığorta orqanı" sözləri "sığortaçı" sözü ilə əvəz edilsin.

4. 8-ci maddədə:

- 1-ci bəddə "yaxud" sözündən sonra "bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində" sözləri əlavə edilsin;

- 2-ci bəndə aşağıdakı məzmunda üçüncü dördüncü abzaslar əlavə edilsin:

"Sığortaçı eyni nəqliyyat vasitəsi ilə təkrar yol-nəqliyyat hadisələrinə görə sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır.

Sığorta məbləği tam ödənildikdə sığorta müqaviləsi xitam olunmuş sayılır nəqliyyat vasitəsinin sahibi sığorta haqqını ödəməklə yenidən sığorta müqaviləsi bağlamalıdır.";

- 3-cü bənddə "sığortaçı" sözü "Mərkəzi Sığorta Ehtiyatından" sözləri ilə, "ödənişini verir" sözləri "ödənişi verilir" sözləri ilə əvəz edilsin.

5. 9-cu maddədə:

- 2-ci bəndin üçüncü abzasında "olduqda" sözündən sonra "(bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir)" sözləri əlavə edilsin;

- 2-ci bəndin dördüncü abzasında "üçüncü şəxsin" sözləri "üçüncü şəxs" sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

"3. Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilmədən bərpa edildikdə, sığortaçı sığorta olunana ya üçüncü şəxsə sığorta ödənişi verməkdən imtina edə bilər.".

6. 12-ci maddənin 1-ci bəndinin üçüncü dördüncü abzaslarında 3-cü bəndində "zədələnməsi" sözündən sonra " ya məhv edilməsi" sözləri əlavə edilsin.

7. 13-cü maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:


"3. Bu maddənin 2-ci bəndində göstərilən müqavilə sazişə uyğun olaraq xarici ölkələrin nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şəhadətnamələri qarşılıqlı surətdə etibarlı sayıla bilər.".

8. 14-cü maddənin 1-ci bəndinin ikinci abzasında "zərər vurulduqda" sözlərindən sonra "habelə sığortaçı müflisləşməsi ilə əlaqədar sığorta ödənişi vermək iqtidarında olmadıqda üçüncü şəxsin səhhətinə vurulan zərərin ödənilməsi üçün" sözləri əlavə edilsin.

9. 15-ci maddədə:

- 2-ci bəndin ikinci abzasında "Axırıncı" sözü "Nağd şəkildə" sözləri ilə əvəz edilsin;

- 4-cü bəndin birinci cümləsində "kompleks" sözündən sonra "sığorta" sözü əlavə edilsin.

10. 16-cı maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Sığorta müqaviləsi bir il müddətinə bağlanılır. Sığorta məbləği sığortaçı tərəfindən tam ödənildikdən sonra müqavilə üzrə sığortaçının öhdəlikləri başa çatmış hesab olunmaqla müqaviləyə xitam verilir. Bu halda sığorta etdirən sığorta haqqını ödəməklə yeni müddətə sığorta müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan nəqliyyat vasitələrinin sahibləri sığorta müqaviləsini bir aydan on bir ayadək bağlaya bilərlər.".

11. 17-ci maddədə:

- 1-ci bənddə "bu Qanuna əlavədə" sözləri "aşağıdakı cədvələ uyğun olaraq" sözləri ilə əvəz edilsin həmin bəndə aşağıdakı cədvəl əlavə edilsin:

min manatla

Sığorta ödənişlərinin məbləğləri

No–

Nəqliyyat vasitələrinin növləri

Əmlaka vurulan zərərə görə

Səhhətə ölümə görə

Sığorta haqqı

(illik)

Adam başına

Cəmi məsuliyyət məbləği

1

Şəxsi minik avtomobilləri

5000,0

5000,0

25000,0

50,0

2

Hüquqi şəxslərə məxsus

minik avtomobilləri

5000,0

5000,0

25000,0

60,0

3

Taksilər

5000,0

5000,0

25000,0

100,0

4

Yük maşınları

5000,0

5000,0

25000,0

80,0

5

Oturacaq yerləri 8-14-ə qədər olan avtobuslar

5000,0

5000,0

50000,0

120,0

6

Oturacaq yerləri 15-26-ya qədər olan avtobuslar

5000,0

5000,0

100000,0

180,0

7

Oturacaq yerləri 26-dan artıq olan avtobuslar

5000,0

5000,0

300000,0

250,0

8

Traktorlar yol tikinti artıq olan avtobuslar

5000,0

5000,0

10000,0

30,0

9

Tramvay troleybuslar

5000,0

5000,0

50000,0

80,0

10

Motoroller motosikletlər

5000,0

5000,0

8000,0

25,0

- 4- bənddə "əlavədə göstərilən" sözləri "bu maddənin 1-ci bəndində verilən" sözləri ilə əvəz edilsin;

- 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"7. Sığorta haqqı bir dəfəyə ödənilir.".

- 9-cu bənd çıxarılsın.

12. 18-ci maddənin 3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 7 gün ərzində sığorta ödənişini verməli, yaxud yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina etməlidir.".

13. 19-cu maddənin 1-ci bəndində "təcili olaraq" sözləri "3 (üç) günü müddətində" sözləri ilə əvəz edilsin.

14. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 22. Sığorta müqaviləsinə xitam verilməsi

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

- sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;

- sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;

- sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə;

- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan digər hallarda.".

15. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 23. Reqres tələbi hüququ

Yol-nəqliyyat hadisəsi nəticəsində könüllü əmlak sığortası üzrə müqaviləsi olan sığortalının əmlakına zərər vurulduqda, zərər zərərçəkənin sığortaçısı tərəfindən ödənilir sığorta ödənişini vermiş sığortaçıya zərər vuran nəqliyyat sahibinin sığortaçısından zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.".

16. 24-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 24. Qanunun pozulmasına görə məsuliyyət

Nəqliyyat vasitəsinin sahibləri bu Qanunun tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Cərimə məbləğinin 85 faizi mərkəzi sığorta ehtiyatına, 15 faizi isə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.".

17. Qanuna aşağıdakı məzmunda 25-ci maddə əlavə edilməklə, 25-ci maddə müvafiq olaraq 26-cı maddə hesab edilsin:

"Maddə 25. Mübahisələrin həlli

Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.".

18. Qanuna əlavə çıxarılsın

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2003-cü il
No– 425 - IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU