"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 3, maddə 158; 2002, No– 5, maddə 245; 2003, No– 12 (I kitab), maddə 674; 2007, No– 5, maddə 442, No– 6, maddə 596) 6-cı maddəsinin ikinci hissəsinin yeddinci abzasına, 8-ci maddəsinin dördüncü hissəsinə və 15-ci maddəsinin ikinci hissəsinə birinci halda “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il
No– 174-VQD
Fayl şəklində yüklə