"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 309; 2009, No– 7,  maddə 517) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci maddə əlavə edilsin:
“2.0.15. maliyyə bazarlarına nəzarət orqanı -  maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”;

1.2. mətn üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:
1.3.1. adından və 3.2-ci maddədən “dövlət” sözü çıxarılsın;
1.3.2. 3.2.1-ci maddədə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;

1.4. 8.1-ci maddədə “dövlət nəzarətinin” sözləri “nəzarətin” sözü ilə əvəz edilsin;

1.5. 9.1-ci maddədən “normativ” sözü çıxarılsın;

1.6. aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:
“10.4. Lotereya təşkilatçısı Azərbaycan Respublikasında lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili və keçirilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqq ödəyir.”.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək lotereyaların təşkili və keçirilməsi sahəsində verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 mart 2016-cı il
No– 156-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU