"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 497; 1999-cu il, N 5, maddə 285; 2001-ci il, N 3, maddələr 141, 142, 143, 144, N 11,maddələr 672, 687, 693; 2002-ci il, N 5, maddələr 240, 244, N 6, maddə 328) 12-ci maddəsində səkkizinci hissə doqquzuncu hissə hesab edilsin və aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.".
II. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 7, maddə 405; 2001-ci il, N 11, maddələr 689, 690, N 12, maddə 736; 2002-ci il, N 5, maddə 242; 2003-cü il, N 1, maddələr 11, 16) 4-cü maddəsinin 2-ci bəndinin ikinci cümləsində "işlə təmin olunmasına" sözlərindən sonra ",gənclərin sosial-hüquqi müdafiəsinə" sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 478; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 5, maddələr 237, 241; 2003-cü il, N 1, maddə 11) 56-cı maddəsində 5-ci, 6-cı, 7-ci və 8-ci bəndlər müvafiq olaraq 6-cı, 7-ci, 8-ci və 9-cu bəndlər hesab edilsin və aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
"5. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri ilə ilk növbədə təmin olunurlar.".
IV. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 5, maddə 216) 13-cü bəndinə aşağıdakı məzmunda 13.5-ci yarımbənd əlavə edilsin:
"13.5. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq ücün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri ilə ilk növbədə təmin olunurlar.".
V. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 2003-cü il
No– 426 - II QD

