Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, I kitab, maddə 250, No–5, maddə 323; 2002, No–12, maddə 709; 2003, No–8, maddə 420; 2004, No–3, maddə 123, No–5, maddə 318, No–6, maddə 415, No–10, maddə 761, No–11, maddə 901; 2005, No–2, maddə 61, No–6, maddə 466, No–8, maddələr 684, 692, 693, No–11, maddə 996, No–12, maddə 1085; 2006, No–2, maddə 68, No–3, maddə 225, No–5, maddə 387, No–6, maddə 478, No–8, maddə 657, No–12, maddə 1005; 2007, No–2, maddə 80, No–6, maddə 560, No–8, maddə 745, No–10, maddə 937, No–11, maddə 1053, No–12, maddələr 1215, 1219; 2008, No–3, maddə 145, No–6, maddə 456, No–7, maddə 602, No–12, maddə 1049; 2009, No–2, maddə 47, No–5, maddə 295, No–6, maddə 404, No–7, maddə 517; 2010, No–2, maddə 75, No–3, maddə 171, No–4, maddələr 265, 266, 276; 2011, No–2, maddə 71, No–7, maddə 586, No–8, maddə 750, No–12, maddələr 1073, 1102; 2012, No–1, maddə 5, No–5, maddə 403, No–6, maddə 498; 2013, No–1, maddə 15, No–6, maddə 620, No–11, maddə 1280, No–12, maddələr 1469, 1478; 2014, No–2, maddə 96, No–7, maddə 768; 2015, No–3, maddə 254, No–5, maddə 512, No–7, maddə 814, No–10, maddə 1093; 2016, No–1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:
1. 107-5.1-ci maddənin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə edilsin.
2. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2016-cı il
No– 186-VQD
Fayl şəklində yüklə