"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda  dəyişikliklər edilməsi  barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq  qərara alır :

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004,  No– 1, maddə 8; 2005, No– 1, maddə 1, No– 8, maddə 700; 2006, No– 2, maddə 70; 2008, No– 2, maddə 49; 2010, No– 4, maddə 265; 2012, No– 1, maddə 2, No– 7, maddə 651; 2013, No– 12, maddə 1479; 2014,  No– 2, maddə 78, No– 7, maddə 769, No– 11, maddə 1356, No– 12, maddə 1526; 2015, No– 11, maddə 1259) aşağıdakı məzmunda 15.9.5-1-ci və 15.9.6-1-ci maddələr əlavə edilsin:

“15.9.5-1. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa;”;

“15.9.6-1. təsisçilərin (iştirakçıların) vərəsələrinə;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 aprel 2016-cı il
No– 190-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU