"Icbari ekoloji sı?orta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara a l ı r:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8 (1-ci kitab), maddə 584; 2001-ci il, N 1, maddə 24; N 3, maddə 139; N 7, maddə 455; N 11, maddələr 680, 698; N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4 (1-ci kitab), maddə 165; N 5, maddələr 234, 237, 239; N 6, maddə 326; 2002-ci il, N 8, maddə 463; N 12, maddə 692; Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli, 385-II QD və 395-II QD saylı, 24 dekabr tarixli, 408-II QD saylı Qanunları; Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli, 422-IIQD saylı Qanunu) aşağıdakı redaksiyada 83-1-ci maddə əlavə edilsin:

"Maddə 83-1. Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamaması

Təhlükəli mənbəyi olan müəssisənin mülki məsuliyyətini sığortalamadan fəaliyyət göstərməsinə görə-vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında və ya hüquqi şəxslər şərti maliyyə vahidinin yüz misli miqdarında cərimə edilir".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir .

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2003-cü il
No– 427 - II QD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU