"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 740; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840, No– 11, maddə 939; 2011, No– 1, maddə 12, No– 4, maddələr 245, 264, No– 11, maddə 985, No– 12, maddə 1100; 2012, No– 1, maddə 4, No– 6, maddələr 508, 518, No– 7, maddə 646, No– 10, maddə 947, No– 12, maddələr 1216, 1227, 1229; 2013, No– 3, maddə 213, No– 5, maddə 474, No– 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No– 12, maddələr 1485, 1504; 2014, No– 1, maddə 6, No– 5, maddə 468, No– 6, maddələr 603, 605, No– 7, maddələr 774, 780, No– 11, maddələr 1345, 1370; 2015, No–12, maddə 1432; Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 48-VQD nömrəli və 29 dekabr tarixli 82-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 2.0.10-1-ci maddə əlavə edilsin:

“2.0.10-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;”.

 

2. Aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

 

 

 

Maddə 25-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri

 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

 

Dövlət rüsumunun məbləği

25-1.1. Avtovağzala pasportun verilməsi üçün 

600 manat

25-1.2. Avtostansiyaya pasportun verilməsi üçün

400 manat

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 4 mart 2016-cı il

No– 172-VQD

 

 

 

 

 

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU