Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “409,” rəqəmlərindən sonra “410.3,” rəqəmləri əlavə edilsin.

2. 54.2-ci maddədə “399,” rəqəmlərindən sonra “410.3,” rəqəmləri əlavə edilsin.

3. 410.1-ci maddədə “bu əməllər” sözlərindən sonra “iki” sözü əlavə edilsin, “üç yüz manatdan beş” sözləri isə “dörd yüz manatdan səkkiz” sözləri ilə əvəz edilsin.

4. 410.2-ci maddədə “min manatdan yuxarı” sözləri “iki min manatdan dörd min manatadək” sözləri ilə, “beş yüz manatdan yeddi” sözləri isə “min manatdan min beş” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 410.3-cü maddə əlavə edilsin:
“410.3. Eyni əməllər dörd min manatdan yuxarı məbləğdə törədildikdə -
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri dörd min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.

6. 410-cu maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Məcəllənin 410-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 aprel 2016-cı il
No– 200-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU