"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq  qərara alır :

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 115; 2004, No– 9, maddə 665; 2006, No– 3, maddə 207, No– 11, maddə 909; 2007, No– 10, maddə 928; 2009, No– 10, maddə 761, No– 12, maddə 944; 2011, No– 6, maddə 459, No– 8, maddə 749; 2014, No– 7, maddə 757) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2.1-ci və 18-1.2.1-ci maddələrə “psixiatriya müəssisələrinə” sözlərindən sonra “, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə” sözləri əlavə edilsin.

2. 12.2.7-ci və 18-1.2.2-ci maddələrə “psixiatriya müəssisələrinin” sözlərindən sonra “, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 aprel 2016-cı il
No– 201-VKQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU