"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 348; 1999, No– 11, maddə 609; 2000, No– 11, maddə 776; 2001, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002, No– 12, maddə 706; 2004, No– 7, maddə 505, No– 12, maddə 976; 2005, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007, No– 1, maddə 4, No– 12, maddə 1193; 2008, No– 2, maddə 49, No– 4, maddə 254, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 970; 2010, No– 4, maddə 276, No– 11, maddə 949; 2011, No– 10, maddə 883; 2013, No– 11, maddə 1284, No– 12, maddə 1487; 2014, No– 10, maddə 1171) 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndindən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2016-cı il
No– 205-VQD
Fayl şəklində yüklə