"Sanitariya-epidemioloji salamatlıq haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sanitariya-epidemioloji salamatlıq haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 419; 2001, No– 3, maddə 143; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2007, No– 11, maddə 1052; 2009, No– 12, maddə 968; 2014, No– 10, maddə 1153) 36-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü hissədə “Şikayət” sözü “Bu maddənin dördüncü hissəsinə əsasən şikayət olunan hərəkətin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayət” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2016-cı il
No– 236-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU